Onlayn ictimai-siyasi qəzet
Tehran metrosunun birinci xəttinin cənub stansiyasında yaşlı sərnişinin dəmir dəyənəyi qatarla relslərin arasına düşüb.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu anlar stansiyada olan müşahidə kameralarına düşüb.
Dəmir dəyənəyin düşməsi nəticəsində yaşlı kişini və bir qadın sərnişini elektrik cərəyanı vurub.
Bildirilib ki, qadına ambulator müalicə göstərilib, yaşlı kişi isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ