Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Amerika vitse-prezidenti Demokrat Kamala Harris və keçmiş dövlət başçısı Respublikaçı Donald Tramp arasında Filadelfiyada seçki debatı keçirilib.
Musavat.com debatdan dünya mediasının gündəmində olan əsas məqamları təqdim edir:
Debat start götüründə Harris əvvəlcə əlini rəqibinə uzatdı, Tramp da ona əl sıxmaqla cavab verdi. Qeyd edək ki, bu, iyun debatında baş verməmişdi. O zaman tərəflər bir-birilərinə qarşı daha sərt mövqe nümayiş etdirirdi. Harris, "gəlin normal mübahisə edək", dedi, Tramp isə cavabında "Sizi görməkdən məmnunam. Rahat ol",- deyə qarışıqlıq verdi.
Harris ABŞ-ın keçmiş prezidentini diktator olmaq istəməkdə ittiham etdi:
"Trampın heç bir iqtisadi planı yoxdur, o, öz qayğısına qalmaqda maraqlıdır, ona görə də varlılar üçün vergiləri azaldacaq",- Demokratlar Partiyasının sözçüsü bildirdi.
Tramp cavab verdi ki, Harrisin iqtisadi planı yoxdur, çünki onu Baydendən “kopyalayıb”. O həmçinin xatırlatdı ki, Demokratlar dövründə qeyri-leqal miqrantların sayı artıb və cinayətlər çoxalıb. Bundan əlavə, Tramp dedi ki, Demokratlar Partiyası onları Rusiya Federasiyası ilə əlaqələri barədə saxta araşdırma ilə təhdid edir.
Debatda Harrisin mikrofonu söndürülmürdü və o, Trampın sözünü kəsə bilirdi.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ