İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təhlükənin, dini radikallığın miqyası artıb” – Tacikistan prezidenti əhaliyə müraciət etdi

Tacikistan prezidenti Emoməli Rəhmon ölkə gənclərinə müraciət edərək onları siyasi sayıqlığa çağırıb.

Azpost.info xəbər verir ki, prezident bu müraciətini 23 May Gənclər Günü münasibətilə səsləndirib.

Rəhmonun sözlərinə görə, Tacikistan cəmiyyəti qloballaşma və dünyada siyasi vəziyyətin gərginləşməsi ilə bağlı problemlərlə üzləşib: “Müasir təhlükələrin, o cümlədən terrorizm, ekstremizm və dini radikalizmin miqyası artır. Bütün bunlar gənclərdən siyasi sayıqlıq, geniş biliyə, dil biliyinə, müasir dünyagörüşünə və ən əsası yüksək milli mənlik və özünüdərk hissinə malik olmağı,Vətənə səmimi məhəbbəti tələb edir”.

Tacikistan lideri hesab edir ki, gənclər dövlətin, millətin, ölkə sərhədlərinin və milli təhlükəsizliyinin qorunmasına görə məsuliyyət daşıyırlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR