Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 28 may - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir.
Bu barədə Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumat üçün bildirək ki, Əfv Komissiyası da ötən aylar ərzində ard-arda iclaslar keçirib.
Komissiyadan verilən məlumata görə, son 3 ay ərzində komissiyanın üzvlərinin, katibliyinin iştirakı ilə bütövlükdə 7 iclas baş tutub.
Komissiya 800-ə qədər müraciətə baxıb. Əfv sərəncamı yaxın saatlarda, hətta bu gün də imzalana bilər.
Onu da bildirək ki, humanizm prinsiplərini rəhbər tutan Azərbaycan Prezidenti bu kimi əhəmiyyətli günlərdə əksər hallarda əfv sərəncamı imzalayıb.
İndiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Ən böyük əfv sərəncamı isə 2023-cü ildə olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ