İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidə HAZIRLIQLAR başladı, separatçılar Kəlbəcər istiqamətində HƏRƏKƏTƏ keçdi – Elxan Şahinoğlu CANLIda

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi, general Samvel Babayan bazar ertəsindən əsas məqsədinə, yəni “dövlət naziri” vəzifəsinə təyin edilməyə nail olana qədər Xankəndinin “dirçəliş” meydanında mitinqlər keçirməyə hazırlaşdığını bildirib. .

Bu haqda Ermənistanın “Pact” (“Fakt”) nəşri öz mənbələrinə istinadla yazır.

Qarabağdakı erməni mənbələrinin nəşrə çatdırdığı məlumata görə, Babayan öz çevrəsində hakimiyyətə çatmaq üçün hər şeyə hazır olduğuna eyham vurub.

“Bildiyiniz kimi, Artsaxda Arayik Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çox şəxslər var. Lakin Samvel Babayanın ölkə daxilində yeni iğtişaşlar yaratmaq niyyəti kifayət qədər böyük rezonans doğurub. Ötən gün - mayın 12-də Ruben Vardanyanın təşkil etdiyi kifayət qədər izdihamlı mitinq Ermənistan hakimiyyətini sevindirmədi və əldə etdiyimiz məlumata görə, həm də bu səbəbdən Nikol Paşinyana xidmət edən Artsax siyasi dairələri, o cümlədən Samvel Babayan təlaşa düşüblər.

Bizə məlum oldu ki, Artsaxda Paşinyanın “tabeliyində” işləyən qüvvələr hansı yolla olursa-olsun Babayanın yolunu hamarlamağa çalışır, eyni zamanda hansısa yolla hakimiyyətə iddialı olan insanları gözdən salmaq üçün əllərindən gələni edirlər”, – deyə erməni qəzeti yazır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR