Onlayn ictimai-siyasi qəzet
Rusiya raketləri və pilotsuz təyyarələri gecə saatlarında Ukraynanın 6 vilayətində enerji obyektlərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko adıçəkilən qurumun teleqram kanalında məlumat verib. “Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankovsk və Vinnitsa vilayətlərindəki elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərimizə yenidən hücum edildi” – o qeyd edib.
Bildirilir ki, raket və ya dron hücumunun hədəflərindən biri də Lvov vilayətinin Dobrotvor kəndi və istilik elektrik stansiyalarının yerləşdiyi Vinnitsa vilayətinin Ladıjin şəhəri olub.
Dronlar Poltava vilayətində enerji infrastrukturu obyektini vuraraq yanğına səbəb olub. Poltava vilayət administrasiyasının rəhbəri Filip Proninin sözlərinə görə, itki yoxdur.
Kiyevə də Tu-95MS strateji bombardmançı təyyarələrdən Kh-101/Kh-555/Kh-55 qanadlı raketləri ilə zərbələr endirilib. Dağıntı və tələfat qeydə alınmayıb.
Rusiya qoşunları hər gün Ukraynanı atəşə tutur. Rusiya Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə hücum etdiyini bildirib. Nazirlik mülki infrastrukturun dağıdılması və dinc sakinlər arasında itkilərlə bağlı şərh vermir.
Martın sonunda Ukraynanın müdafiə naziri Rustem Umerov NATO-Ukrayna Şurasının növbədənkənar iclasında bildirib ki, Rusiyanın Ukrayna ərazisindəki hədəflərə endirdiyi zərbələrin 97 faizi mülki infrastruktura qarşı olub və 2024-cü ilin əvvəlindən onların ümumi gücü 9 kilotonu keçib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ