İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna İrana XƏBƏRDARLIQ etdi

İranın xarici işlər naziri Tehranın Ukraynanın genişmiqyaslı işğalının başlamasından bir neçə ay öncə Rusiya Federasiyasına döyüş dronları təhvil verdiyini ictimaiyyət qarşısında etiraf edib.

Musavat.com-un UNİAN-a istinadən xəbərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko "Facebook" paylaşımında belə qeyd edib.

Nikolenko Ukraynanın yalnız faktlara inandığını vurğulayıb. Əlavə edib ki, Ukrayna XİN müvafiq qurumlarla birlikdə Rusiyanın ukraynalıları öldürərkən və mülki infrastrukturu məhv edərkən İran dronlarından istifadə etməsinin qarşısının alınması məqsədilə ən sərt tədbirləri görməyə davam edəcək.

Oleq Nikolenko qeyd edib ki, Tehran Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayətlərində şərikliyinin nəticələrinin Rusiyanın dəstəyinin faydalarından daha genişmiqyaslı olacağını başa düşməlidir.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR