Onlayn ictimai-siyasi qəzet
İstanbulda Çağlayan Ədliyyə Sarayının C qapısı qarşısında atışma baş verib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, vətəndaşlar təşviş içərisində yerə uzanıb.
Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb edilib.
Məlumata görə, hadisə zamanı 1-i qadın və 1-i kişi olmaqla 2 silahlı öldürülüb. 3-ü polis olmaqla 6 nəfər isə yaralanıb.
Məhkəmə binasına giriş və çıxışlar bağlanıb.
İnternetdə yayımlanan görüntülərdə mühafizəçilərin vətəndaşları daha təhlükəsiz yerlərə yönləndirdiyi anlar əks olunub.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ