İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyə ordusu İdlibə girdi - VİDEO

Xəbər verdiyimiz kimi, Suriya ordusunun Latakiya vilayətində devrilmiş Bəşər Əsəd rejiminin ünsürlərinə qarşı keçirdiyi əməliyyat davam edir. 

Musavat.com xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) qarşıdurmalarda indiyədək 16 Heyət Təhrir əş-Şam (HTŞ) silahlısının öldürüldüyünü bildirib.

Qarşıdurmalar zamanı Herf Sari, Babeda, Diver Babeda, Daliya, Geliya Qeleh və Beyt Ana kəndləri HTŞ-nin artilleriya və raket hücumlarının hədəfi olub. Bu hücumlarda mülki vətəndaşların da itki verdiyi bildirilib. Beyt Ana kəndindəki bəzi ərazilərin helikopterlər tərəfindən hədəf alındığı, kəşfiyyat təyyarələrinin də bölgə üzərində uçuşlar apardığı vurğulanıb.

Qarşıdurmaların şiddətlənməsindən sonra hakimiyyətdə olan HTŞ Dəməşq, Həma, İdlib, Hələb və Deyr əz-Zordakı qüvvələrini toqquşmaların baş verdiyi sahil bölgələrinə yönəldib. Digər tərəfdən Tartusda 22.00-10.00, Homsda isə 22.00-08.00 arası komendant saatı elan edilib.

Digər tərəfdən, Türkiyə dövlətinin Suriyaya hərbi qüvvələrini Bab Əl Heva Sərhəd Qapısı vasitəsilə göndərdiyi bildirilib. Yayılan görüntülərdə Türkiyə dövlətinə məxsus hərbi maşınların İdlibə girdiyi görünür.  Məlumatlarda türkiyəli hərbçilərin İdlibə Bab əl-Hava sərhəd-keçid məntəqəsindən daxil olduğu qeyd edilir.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR