Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yüksək rütbəli nümayəndə heyəti Omandan olan vasitəçilər vasitəsilə gizli şəkildə Tehrana səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasındakı adı açıqlanmayan mənbə Küveytin “Al-jarida” qəzetinə bildirib.
Məlumata görə, nümayəndə heyəti İran və İsrail arasında gərginliyi azaltmaq üçün mesajlar verib.
Qeyd olunub ki, missiyanın məqsədi İranın Ali Rəhbəri Əli Xameneyiyə Bayden-Harris administrasiyasının HƏMAS rəhbəri İsmayıl Haniyə və “Hizbullah” komandiri Fuad Şükrü öldürmək planlarından xəbərsiz olduğunu çatdırmaq olub.
“Fox News” yazır ki, Türkiyə üzərindən İrana gəldiyi iddia edilən nümayəndə heyəti Türkiyəyə qayıtmazdan əvvəl İran rəsmiləri ilə iki saatlıq görüş keçirib.
Amerika nümayəndə heyətinin qətldə əli olan on MOSSAD agentinin adları olan siyahını təhvil verdiyi iddia edilir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ