İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyaya təzyiq artırılır - Avropa İttifaqından MÜHÜM ÇAĞIRIŞ

"Avropa İttifaqı Rusiyaya təzyiqləri artırmalı və Ukraynanı dəstəkləməyə davam etməlidir".

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen İsveçin Baş naziri Ulf Kristersson ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Ukraynaya 18 milyard avroluq yardım paketinin birinci hissəsi bu aydan etibarən paylanmağa başlanacaq.

Ukraynanın Avropa İttifaqına üzvlük prosesindən danışan Leyen bu prosesin addım-addım həyata keçirilməsinin vacibliyini xatırladıb:

“Bundan sonra bizim üçün ən mühüm mərhələ payızda genişlənmə hesabatı olacaq. Hesabat Aİ-yə üzv olmaq istəyən hər bir namizəd ölkənin ilin əvvəlindən əldə etdiyi irəliləyişi əks etdirəcək. Ukrayna heyranedici dərəcədə iddialı, güclü və sürətlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR