Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu yaxın həftələrdə Qəzzada münaqişənin üçüncü mərhələsinə girməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail dövlət televiziyası açıqlayıb.
Adı açıqlanmayan rəsmilərin sözlərinə görə, bu mərhələyə Qəzza zolağında quru manevrinə son qoyulması, qüvvələrin azaldılması, ehtiyat qüvvələrin demobilizasiyası, hava zərbələri və sərhəddə bufer zonanın yaradılması daxildir.
Bundan başqa, İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağına qurudan hücumlarını dayandırmağa hazırlaşdığı bildirilib.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ