İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran HƏR AN İsrailə birbaşa hücum edə bilər: ABŞ hərbi gəmiləri HƏRƏKƏTƏ KEÇDİ

ABŞ Bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı və bir neçə esmines göndərib.

Musavat.com xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı üçün Birləşmiş Ştatlar Aralıq dənizinin şərqinə daha çox gəmi, o cümlədən bir sualtı qayıq və bir neçə esmines yerləşdirib.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən bir müdafiə rəsmisi bildirib ki, USS Laboon Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə yol aldıqdan sonra bölgəyə gəlib.

"USS Ruzvelt və USS Bulkeley esminesləri, USS Wasp, USS Oak Hill və USS New York gəmilərinin daxil olduğu üç gəmidən ibarət amfibiya əməliyyat qrupu artıq regiondadır.  Həmin işçi qrupundakı dənizçilər və dəniz piyadaları evakuasiya əməliyyatlarını idarə etmək üçün məşq edirlər" - mənbə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR