İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ermənistan sərhəddə növbəti təxribata hazırlaşır – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistan Azərbaycanla şərti sərhəddə yeni silahlı təxribata hazırlaşır. Bu barədə Caliber.az-ın hazırladığı materialda bildirilir. Qeyd olunur ki, “Mülki Müqavilə” fraksiyasından olan deputat Armen Xaçatryan parlamentdə jurnalistlərlə söhbətində Ermənistan tərəfində mühəndis-texniki işlər fəal şəkildə davam edir: "Bəzi ərazilərdə işlər artıq tamamlanıb Bu işlər heç də sərhədin delimitasiyası perspektivi ilə şərtlənmir".

"Böyük ehtimalla Ermənistan ordusunun Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək üçün öz mövqelərini fəal şəkildə gücləndirdiyini iddia etmək olar. Ermənistan ərazisində "Aİ-nin qiymətləndirmə missiyası”nın olduğunu nəzərə alsaq, İrəvan avropalılar qarşısında “təcavüz qurbanı” kimi görünmək üçün silahlı toqquşmalara başlamağa hazırdır", - deyə Caliber.az qeyd edir.

Paşinyan da növbəti dəfə həyasız bəyanatla çıxış edib. Bütün bunlar nədən xəbər verir? “Düymə” basıldımı? Proseslər hara doğru gedir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Ca“lı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 
Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR