Onlayn ictimai-siyasi qəzet
Qarabağ erməniləri (qondarma sepratçı rejim nəzərdə tutulur-red.) Ermənistanı xilas etmək üçün əllərindən gələni edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü Ayk Mamicanyan tərəfindən səslənib.
Xatırladaq ki, bu gün bir qrup erməni “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağın cinayət hesab olunmasını” nəzərdə tutan bədnam “Ayakve” təşəbbüsü ilə bağlı topladığı imzaları yerli Mərkəzi Seçki Komissiyasına təqdim edib. Mamicanyan da həmin təşəbbüskarlardan biri sayılır.
“İndi növbə bizdə, İrəvandadır. Əslində, Ermənistan və “Arsax”ın (ermənilərin sepratçı rejimə qoyquqları uydurma ad-red.) taleyi məhz burada həll edilməlidir. Bu təşəbbüs sadəcə olaraq Qarabağı Azərbaycana verməyə görə Konstitusiya səviyəsində cəza gətirilməsi üçün qaldırılıb. Mən niyə buna diqqət yetirirəm? Çünki Paşinyan artıq gerbi və himni də dəyişdirmək istəyir”, - deyə revanşist Mamicanyan bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ