İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Erməni mayor Bakıya məlumat ötürüb, şok detallar Natiq Cəfərli ilə “Canlı debat”da

Ermənistanda hərbi hissələrdən birinin əməliyyat xidmətinin rəisi olan mayor vətənə xəyanətdə ittiham olunur. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, xəyanətdə ittiham olunan A.N. hərbçi A.T. ilə birlikdə 2021-ci ilin iyulunda Ermənistanın Sünik (Zəngəzur) rayonunun İşxanasar kəndi yaxınlığında, Qara gölün yaxınlığındakı ərazidə Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb. A.N. “Ural” maşını ilə döyüş mövqelərinə ərzaq daşıyıb, ancaq əlverişsiz hava şəraitinə görə Azərbaycan tərəfinin nəzarətində olan əraziyə düşüb.

Eyni zamanda ermənilər də Rusiya sülhməramlılarının komandanı Volkovun istefasını tələb edirlər. Nələr baş verir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9-

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR