İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ərdoğanın BU SÖZLƏRİ təşviş yaratdı - Yunanıstan ağıllı olsa...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri Yunanıstanda çaxnaşmaya yaradıb.

Musavat.com lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup toplantısında çıxış edən Ərdoğan Yunanıstana xəbərdarlıq edib.

“Budur Bayraktar, Baykar... Bütün əsərləri ilə... Bizim öz yaratdığımız raketlərimiz yox idi, indi onları özümüz düzəldirik. Elə düzəldirik ki, Yunanıstan alışıb-yanır. Uçuş məsafəsi 561 kilometrdir, dedim ki, azdır, onu 1000 kilometrə çatdırmalıyıq. Bu xəbərdən sonra Yunan mediası “Türkiyə Afinanı vuracaq” yazmağa başladı. Siz sakir dursanız, bizim Afina ilə işimiz yoxdur. Bizə toxunmayana biz də toxunmuruq” - Türkiyə lideri deyib.

Ərdoğanın sözləri qısa müddətdə Yunanıstanın gündəmində gərginlik yaradıb.

Yunan mediası Ankaradan çağırışların davam etdiyini yazıb.

“Türkiyə prezidenti birbaşa Yunanıstanı hədələyərək bildirib ki, Afinanın “ağıllı oturacağı” halda Ankara onu raketlərlə vurmayacaq”, - məlumatda deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR