Onlayn ictimai-siyasi qəzet
Rusiya işğalçı qoşunları Ukrayna hərbçilərinin yerləşdiyi poliqona raket hücumu həyata keçirib. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Mixail Drapatıy öz “facebook” səhifəsində məlumat yayıb.
"Təlim poliqonunda baş verən faciə düşmən hücumunun dəhşətli nəticəsidir. Müharibə sürətli qərarlar, məsuliyyət və yeni təhlükəsizlik standartları tələb edir, əks halda biz əldə etdiyimizdən daha çox itiririk", - Drapatıy vurğulayıb.
O, həlak olanların ailələrinə başsağlığı verib. Şənbə günü Rusiya Müdafiə Nazirliyi bəyan ki, Rusiya ordusu Dnepropetrovsk vilayətində Ukrayna ordusunun poliqonuna “İsgəndər-M” raketi ilə zərbə endirib. Raket zərbəsi nəticəsində 150-yə qədər ukraynalı hərbçinin, o cümlədən 30-a qədər xarici təlimatçının həlak olduğu iddia edilib. Nazirliyin hesabatında Ukrayna Silahlı Qüvvələrinin 157-ci Mexanikləşdirilmiş Briqadasının hərbçilərinin poliqonda təlim keçdiyi bildirilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə gündəmi müzakirə edir.
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ