Onlayn ictimai-siyasi qəzet
Suriya müxalifətinin irəliləyişi davam edərkən Dəməşqdən qalxan bir təyyarənin Bəsrə Körfəzi istiqamətində uçduğu müşahidə edilib.
Musavat.com “Haber7”yə istinadən xəbər verir ki, təyyarənin içində Suriya prezidenti Bəşər Əsədin olduğu bildirilir.
"Flight Aware" adlı internet saytında yer alan məlumata görə, təyyarə Dəməşqdən saat 18:57-də havalanıb və Kuveyt Beynəlxalq Hava Limanına eniş edib.
Başqa bir gizli təyyarənin isə Dəməşqdən qalxaraq Qətərin Əbu-Dabi şəhərinə eniş etdiyi müşahidə olunub.
AFP-nin xəbərinə görə, Suriya Prezidentinin Ofisi Bəşər Əsədin Şamda, vəzifəsinin başında olduğunu bildirib.
Açıqlamada deyilir: "Bəşər Əsədin Şamdan ayrıldığına dair yayılan şayiələr və yalan xəbərləri pisləyirik. Əsəd milli və konstitusion vəzifələrini paytaxtdan izləməyə davam edir".
Suriya Dövlət xəbər agentliyi də Bəşər Əsədin Şamda olduğunu yazıb.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ