Onlayn ictimai-siyasi qəzet
““Qarabağ prezidentinin” (qondarma və oyuncaq “DQR”in) xahişi ilə 7 gündən sonra Qarabağda “erməni soyqırımı” ilə bağlı hesabat hazırlayacam”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Moreno Okampo özünün X mikrobloqunda (keçmiş Tvitter) yazıb.
“Qarabağ prezidenti” (qondarma - red.) soruşdu ki, Azərbaycanın blokadası ermənilərə qarşı yeni bir soyqırımdırmı? Kömək etməkdən şərəf duyuram”, - deyə o qeyd edib.
Qeyd edək ki, Luis Moreno Okampo argentinalıdır. Argentinada güclü erməni lobbisinin olduğu heç kimə sirr deyil. Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olub.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ