İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbiətin ən güclü dəmir mənbələri: orqanları gücləndirir

Dəmir çatışmazlığı bədən toxumalarına oksigen daşıyan qırmızı qan hüceyrələrinin azalması ilə izah olunur və yorğunluq, baş ağrısı, başgicəllənmə, nəfəs darlığı, dəri solğunluğu kimi simptomlarla müşahidə olunur.

Musavat.com e-saglam.az-a istinadən xəbər verir ki, bədən dəmir minerallarını özü istehsal etmir, buna görə də dəmir ehtiyacını qidalar vasitəsilə təmin etmək vacibdir.

Dəmir çatışmazlığının səbəbləri

- Qeyri-kafi qidalanma

- Çoxlu çay və qəhvə istehlakı

- Menstruasiya, hamiləlik, daxili qanaxma

- Malabsorbsiya pozğunluqları və bəzi infeksiyalar

Dəmirə zəngin qidalar

İçalat: Qaraciyər, beyin və böyrək kimi içalatar yüksək dəmir mənbəyidir. 100 qram içalatda orta hesabla 6,5 mq dəmir var.

Dəniz məhsulları: İstiridyə, midye və karides kimi dəniz məhsulları dəmirlə zəngindir. 100 qramında 3 mq heme dəmir var, bu da orqanizm tərəfindən asanlıqla sorulur.

Balıq: Ton balığı, sardina və skumbriya dəmirlə zəngin balıqlardandır. 85 qram ton balığı təxminən 1,4 mq dəmir ehtiva edir.

İspanaq: 100 qram xam ispanaqda 2,7 mq dəmir var. C vitamini ilə də zəngin olan ispanaq immuniteti gücləndirir.

Gündəlik dəmir ehtiyacı

Gündəlik dəmir ehtiyacı yaşa, cinsə, sağlamlıq vəziyyətinə və dəmir çatışmazlığı problemi olub-olmamasına görə insandan insana dəyişir. Ancaq yaşa və cinsə görə sağlam bir insanın gündəlik dəmir istehlakı aşağıdakı kimi olmalıdır.

0-6 aylıq körpələr üçün gündə 0,2 mq
7-12 aylıq körpələr üçün gündə 11 mq
1 yaşdan 3 yaşa qədər uşaqlar üçün gündə 9 mq
9-13 yaş arası uşaqlar üçün gündə 8 mq
14-18 yaş arası kişilər üçün gündə 11 mq
14-18 yaş arası qadınlar üçün gündə 15 mq
19-50 yaş arası qadınlar üçün gündə 8 mq
51 yaşdan yuxarı qadınlar üçün gündə 8 mq
19 yaşdan yuxarı kişilər üçün gündə 8 mq
Hamilə qadınlar üçün gündə 27 mq
Süd verən qadınlarda gündə 9 mq.

Dəmir çatışmazlığının qarşısını almaq üçün pəhrizinizə dəmirlə zəngin qidalar əlavə edin. Lakin əlavələri həkim nəzarəti olmadan istifadə etməyin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR