Onlayn ictimai-siyasi qəzet
Bu il TDT Milli Təhlükəsizlik Şurası sədrlərinin dördüncü iclası və müdafiə nazirlərinin görüşü keçiriləcək.
Bu barədə “Report”a müsahibəsində Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömer Kocaman danışıb.
O qeyd edib ki, təşkilat müdafiə sənayesi sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir:
“Müdafiə sənayesi, müdafiə, hərbi və təhlükəsizlik sahələrində çoxtərəfli əlaqələrimiz getdikcə daha da genişlənir. Biz bu çərçivədə TDT Milli Təhlükəsizlik Şurası sədrlərinin üç iclasını keçirmişik. Dördüncüsü isə cari ilin sentyabr ayında Bişkekdə təşkil olunacaq. Bu il həm də TDT ölkələri müdafiə nazirlərinin iclasını keçirməyi planlaşdırırıq”.
Müsahib onu da əlavə edib ki, müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Müdafiə Sənayesi Əməkdaşlığı Platforması yaradırılır:
“Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu il İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) üzv ölkələrimizin əsas müdafiə sənayesi şirkətlərini və təsisatlarını bir araya gətirəcəyik”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ