İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan səsdən iti uçan qanadlı raketi sınaqdan keçirib

Tayvan silahlı qüvvələri HF-3 səsdən sürətli uçan, gəmi əleyhinə qanadlı raketi sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Tayvanın CTS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sınaqlar səhər tezdən adanın cənubundakı Pinqtunq dairəsindəki Jiupenq hərbi bazasında keçirilib. Sınaq Tayvanda raket silahlarının aparıcı Elm və Texnologiya İnstitutu tərəfindən aparılıb.

Buraxılış yerli vaxtla təxminən 07:00-da (Bakı vaxtı ilə təxminən 03:00) yerüstü buraxılış qurğusundan həyata keçirilib. Təlimin hədəfi sahildən 50 km aralıda yerləşən xilasedici gəmi olub.

HF-3 qurudan, gəmi buraxılış qurğularından, həmçinin havadan buraxıla bilər. Onun uçuş məsafəsi 120 ilə 400 km arasındadır. Raketin kütləsi təxminən 1,5 ton, döyüş başlığının çəkisi isə təxminən 225 kq-a çatır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR