İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan ABŞ-dan “Stinger” alışını artırır

Tayvan ordusu ABŞ-dan “Stinger” insan daşıya bilən hava hücumundan müdafiə sistemlərini (MANPADS) almaq üçün sifarişin məbləğini təxminən beş dəfə artıracaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu məlumatı “Taipei Shibao” qəzeti yayıb.

Məlumata görə, əməliyyatın dəyəri 13,37 milyarddan 69 milyard Yeni Tayvan dollarına (418,6 milyon dollardan 2,16 milyard dollara) yüksələcək.

İlkin olaraq “Stinger” MANPADS üçün 500 raket, 178 buraxılış qurğusu və 170 dəst dost və ya düşməni müəyyən edən sistemlərin alınması planlaşdırılırdı. Lakin indi adanın qanunverici orqanına təqdim edilən sənədə əsasən, silahlı qüvvələr sərəncama daha 1985 raket və 549 buraxılış qurğusu əlavə etmək niyyətindədir.

Qəzet qeyd edir ki, ABŞ artıq sazişin miqyasının artırılmasını təsdiqləyib.

“Stinger”in ilk partiyası 2025-ci ildə Tayvana çatdırılmalıdır. MANPADS Ordu, Dəniz Piyadaları, Taypeyi qoruyan hərbi polis bölmələri və Cənubi Çin dənizində Tayvanın nəzarətində olan Pratas (həmçinin Dongsha kimi tanınır), Taiping Dao və Çjonçjou adalarında dəniz və sahil mühafizə qarnizonlarında istifadə olunacaq. İkinci partiya 2031-ci ilə qədər alınacaq və silahlı qüvvələrin arsenalına daxil olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR