İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstanın rəisini Moldovaya buraxmadılar

Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinə icazə verilməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, “Xalqlar Dostluğu - 2023” Beynəlxalq xalq diplomatiyası konqresinə gəlməli imiş. Lakin Moldova sərhədçiləri onun təyyarədən enməsinə icazə verməyiblər.

Minnixanovun dediyinə görə, Moldova hakimiyyəti ona arzuolunmaz şəxs statusu verib. Buna görə tatar lider Rusiyaya dönmək məcburiyyətində qalıb. Minnixanovla birlikdə konqresə “Ak-Bars” holdinqinin rəhbəri İvan Yeqorov da gedirmiş. Onun da adı “arzuolunmaz şəxs”lərin sırasında gedib və təyyarəni tərk etməyə icazə verilməyib.

Minnixanov özü Qaqauziya vilayətinin muxtar vilayətinin rəhbəri vəzifəsinə namizəd Viktor Petrov və vilayət parlamentinin sədr müavini Aleksandr Suxodolskinin dəvəti ilə Moldovaya uçduğunu söyləyib.

Moldova hakimiyyəti bu məlumatı şərh etməyib. “Kommersant” qəzeti qurultayın keçirildiyi Qaqauziyanın Komrat şəhərində yerli siyasətçilərin və ictimai xadimlərin Moldova hakimiyyətini dəfələrlə tənqid etdiyinə diqqət çəkir. Həmçinin onların çoxu Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini də dəstəkləyir.

Xatırladaq ki, Tatarıstanda prezident vəzifəsi yeni konstitusiyaya görə “Rəis” adlandırılmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR