İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış yazıçı VƏFAT ETDİ

Türkiyənin tanınmış yazıçı və politoloqu Mustafa Çalık dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda bildirib:

"Uzun müddətdir müalicə alan yazıçı və politoloq Mustafa Çalıkı itirdik. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, Mustafa Çalık 1956-cı ildə Gümüşhane Çalık kəndində anadan olub. O, 1972-ci ildə Türk Milliyyətçi Təşkilatı Gümüşhane Şöbəsinin Müşahidə Şurasının üzvü olub. 1975-ci ildə MHP Elmadağ İlçe Gənclər Təşkilatının sədri seçilib. 1977-ci ildə Ülkü Ocakları Mərkəzi İdarə Heyətinə seçilən Çalık 1978-1979-cu illərdə MHP Araşdırma Mərkəzində və Partiya Məktəbində çalışıb. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra bir qrup dostu ilə “Yeni Sözcü” jurnalını təsis edib. "Fazıl Mustafa" təxəllüsü ilə köşə yazıları yazıb. O, bir müddət BBP-nin sədr müavini vəzifəsində çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR