İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist oğlu ilə birgə TƏLƏBƏ OLDU

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı və oğlu Turqut tələbə adını qazanıblar.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Ata-bala tələbə olduq. Bu gün həyatımda çox əlamətdar bir gündür. Böyük oğlum Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazandı. Dövlət sifarişli ixtisasa yiyələnib dövlətimizə xidmət edəcək.

Mən özüm də dinc durmayıb ikinci ali təhsil üçün müraciət etdim. Sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul oldum.

Övladları ali məktəbə qəbul olan bütün valideynləri təbrik edirəm!".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR