Onlayn ictimai-siyasi qəzet
Tanınmış aparıcı Aytən Səfərovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
Yayılan məlumatlarda istintaq davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı, onun işdən çıxarıldığı iddia olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aytən Səfərova işdən çıxarılmayıb. Hazırda işdə olmamasının səbəbi səhhəti ilə bağlıdır.
“Xəstəxanadan çıxsa da, müəyyən ağrıları var və ev şəraitində müalicəsini davam etdirir. Səhhəti normallaşan kimi işinin başında olacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, Aytən Səfərova aprelin 17-də, saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qəzaya düşüb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ