İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktyorun yeni peşəsi təəccübləndirdi - FOTO

Türk teatrının sevilən adlarından olan aktyor Emre Kınay Londonda karyerasında böyük dəyişiklik edib.

Kınay Londonda yerləşən daşınmaz əmlak şirkətində 'biznesin inkişafı meneceri' olaraq işə başlayıb.

2023-cü ildə Londonda sahibi olduğu Duru Teatrının filialını açan və orada aktyorluq təhsili verməyə başlayan Emre Kınay yeni iş sahəsi kimi daşınmaz əmlak sektorunu seçib.

Kınayın bu sektordakı vəzifəsinin Londonda daşınmaz əmlak imkanları olan türk investorları bir araya gətirmək olduğu bildirilib./MİLLİ.AZ/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR