İnsanlara hürriyət, millətlərə istiqlal!

Talqat Lastayev AZAL təyyarəsi ilə bağlı aparılan araşdırmadan DANIŞDI

AZAL-a aid təyyarənin qəzaya uğraması ilə əlaqədar araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır. Qazaxıstan hökuməti isə bu təhlillərin nəticələrini gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev açıqlama verib.

"Hazırda müvafiq ekspertizalar həyata keçirilir. Bəzi texniki təhlillər müəyyən vaxt tələb edir və biz onların nəticələrini gözləyirik", – deyə Lastayev bildirib. O həmçinin vurğulayıb ki, qəzanın araşdırılmasında iştirak edən beynəlxalq ekspertlər arasında mütəmadi əlaqə saxlanılır.

Nazir müavini əlavə edib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi hadisə ilə bağlı ilkin hesabatda qeyd edilənlərdən artıq heç bir əlavə şərh verə bilməz. O, araşdırma komissiyasının cari ilin sonuna qədər təqdim edəcəyi yekun hesabatın gözlənilməsinin vacibliyini qeyd edib.

"Bu məsələdə heç bir gizlilik yoxdur. Araşdırmaya rəhbərlik edən ölkə olaraq, bizim üçün obyektivlik və şəffaflıq əsas prioritetdir. Bu prinsiplər gələcəkdə oxşar hadisələrin qarşısını almaq məqsədilə araşdırmanın əsas istiqamətini təşkil edir", – deyə Lastayev əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR