İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban”dan BMT işçilərinə hədə: Saqqalını kəsən həbs olunacaq

Taliban” Əfqanıstanda çalışan BMT işçilərindən saqqal saxlamağı tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə Amu.tv televiziya şirkəti məlumat yayıb.

Bildirilib ki, Fazilət Yayma və Əxlaqsızlığa Qarşı Mübarizə Nazirliyinin əməkdaşları BMT-nin Əfqanıstanda işləyən nümayəndələrinə baş çəkib və xəbərdarlıq ediblər.

Onlara deyilib ki, kişilər üzlərini qırxa və yaxud saqqallarını kəsə bilməzlər. Əgər bu baş verərsə, BMT əməkdaşları həbs olunacaq.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR