Onlayn ictimai-siyasi qəzet
PKK-nın göstərişi ilə Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs cəzası verilib.
Musavat.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, terrorçu cinayətlərinə görə ömürlük həbsə məhkum edilib.
Məhkəmə terror hadisə ilə bağlı saxlanılan 10 nəfərdən 4-nün azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, PKK-nın göstərişi ilə 2022-ci ilin noyabr ayında Taksim meydanında törədilmiş terror aktı nəticəsində 6 nəfər həlak olub, 99 nəfər yaralanıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ