İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA

Azərbaycanda Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib.

Bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin tarifləri , o cümlədən taksi xidmətlərinin tarifləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Eyni zamanda, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.

Bununla belə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.

Qeyd edək ki, gələn ayın 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Sosial şəbəkələrdə və KİV-də bununla əlaqədar paytaxtdakı taksi şirkətlərinin qiymətləri kəskin artırdıqları bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR