İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Fransa düşmən ölkə olaraq elan edilsin”

 

Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli rəsmi Parisin anti-Azərbaycan siyasətinə etiraz edərək bildirib ki, Fransanın hazırda etdikləri birbaşa “Səlib yürüşləri”nin yeni versiyasıdır.

Musavat.com-un məlumatına görə Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə etirazını bildirən deputat Fransanın düşmən ölkə elan olunmasını təklif etdi: “Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamə onun əsas simasını göstərir. Mən təklif edirəm ki, Fransa bizim üçün düşmən ölkə olaraq elan edilsin. Fransa məsuliyyət daşıdığının fərqinə varmalıdır. İkinci təklifim isə budur ki, Fransadakı səfirimiz geri çağırılmalıdır. Bütün diplomatik nümayəndələr geri çağırılmalıdır”.

 T.Kərimli dedi ki, Azərbaycanın Fransa Senatı ilə bağlı qəti mövqeyi olmalıdır: “Biz bunu sərt şəkildə bildirməliyik. Eyni zamanda, Milli Məclis də Fransanın Əlcəzairdə soyqırım törətməsi ilə bağlı qətnamə qəbul etməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR