İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda hakimiyyəti ələ keçirməyə cəhd edən deputat həbs edilib

Tacikistan parlamentinin deputatı Səidcəfər Usmonzoda ölkədə dövlət hakimiyyətini ələ keçirməyə cəhd etdiyinə görə həbs edilib.

Musavat.com yerli “Xovar” nəşrinə istinadla xəbər verir ki, ilkin istintaq 2021-ci ilin sentyabrında Səidcəfər Usmonzodanin “Paimoni Milli Tojikiston” ekstremist-terror təşkilatının rəhbərinin müavini Şərofiddin Qadoyevlə mobil telefonla danışdığını və Tacikistan Respublikasında dövlət hakimiyyətinin qəsb edilməsi ilə bağlı ona ilkin tövsiyələr verdiyini müəyyən edib.

Şərofiddin Qadoyev vəd edib ki, bu məqsədə çatmaq üçün “İslam İntibah Partiyası” ekstremist-terror təşkilatının rəhbəri Muhiddin Kəbiri ona maliyyə yardımı göstərəcək və “Camaat Ənsarullah” terror təşkilatının respublikanın hüdudlarından kənarda olan üç mindən çox döyüşçüsünü Tacikistana keçməsini təmin edəcək.

İstintaqın məlumatına görə, Səidcəfər Usmonzoda ölkə daxilində və xaricdə müxtəlif sosial təbəqələrdən olan tərəfdarlarını toplayıb, qruplar təşkil edib və onların hər birinə müəyyən tapşırıqlar verib.

“Onlar əvvəlcədən müəyyən edilmiş plana əsasən, ölkənin bir sıra rayonlarında ictimai-siyasi sabitliyi tez bir zamanda pozmaq, hüquq-mühafizə orqanlarının və hərbi strukturların binalarını ələ keçirmək, silah-sursat əldə etmək, ölkədə dövlət hakimiyyətini zorla devirmək istəyiblər. Bu cinayəti törətmək üçün Səidcəfər Usmonzoda nüfuzlu şəxsləri cəlb etmək və mitinqlər keçirmək üçün xarici ölkələrdən birinin nümayəndəsindən 10 milyon dollar istəyib”, - məlumatda deyilir.

İyunun 12-də Usmonzoda və digərlərinə qarşı cinayət işi açılıb və deputat təqsirini etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR