Onlayn ictimai-siyasi qəzet
Həmişə özlərindən uydurmağa, spekulyasiya etməyə nəsə tapırdılar. Bu dəfə o da yoxdur. Ona görə “Azadlıq”, “Meydan TV” Belqradda illər öncə keçirilən seçkilərdən video paylaşaraq onu “bizimki” kimi təqdim edirlər, Şvabe kimi demokratiya qatilinin, dələduzun Azərbaycan əleyhinə yazdığı statusu bəh-bəhlə paylaşırlar, bu qədər şəffaf keçən prosesi, hadisəni qeyri-legitim adlandırırlar.
Müsavat Partiyası da seçkini anti-demokratik (?) elan etdi. Və nə gizlədim, məhz məlum bəyanatdan sonra aylar sonra yadıma düşdü ki, Azərbaycanda belə bir partiya var.
“Ana müxalifət”. Dillərindəki səda budur. Olsun. Amma lütfən, bir söz əlavəsi ilə. Ki, uyğunluq, axar, məntiq deyilən anlayışlara da bu arada hörmətsizlik etməyək: “Anası ölmüş müxalifət”. Normaldımı belə?
Şvabe haqda “google”də 3 dəfə axtarış vermişəm. İndiyə qədər. Elə “şvab” yazan kimi ekrana “şvabra” çıxır. İnanmayanlar yoxlaya bilər.
Bu gün cümə axşamıdır və üstəlik, məqamdır deyə: “Əli Kərimli radikal müxalifətin yasını verəcəkmi, verməyəcəkmi” - sualı (açığı) məni çox düşündürür. Olsaydı gedib ehsan yeyərdik. Fatihə verərdik. Çün, 30 il “postel xəstəliyi”ndən sonra bu şəkildə ölməyin, xırıldamadan gəbərməyin, (na)haqqa qovuşmağın özü də hər halda bir hadisədir.
Ayrıca. Birdən görsəniz ki, Cəmil Həsənli İlham Əliyev haqda kitablara yenidən “ön sözü” yazmaq üçün müraciət edib, ya da Gültəkin Hacıbəyli YAP-ın mitinqindəki köhnə videosunu paylaşaraq təbrik müraciəti yayıb, qətiyyən təəccüblənməyin.
Bu “podoşva”lardan, riyakarladan, üzsüzlərdən hər şey gözləmək olar.
*
Öz Qəhrəmanına sahib çıxan, xaricdəki və daxildəki mürtədlərin qara niyyətlərini puç edən, 80 faizlik aktivliklə + 90-nın üzərində verdiyi səslə İlham Əliyevi qalib edən xalqımla qürur duyuram!
Şvabelərə və “şvabra”lara bundan gözəl cavab ola bilməzdi...
Elşən Musayev,
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ