İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada verilən MÜHÜM MESAJLAR - Yeni mərhələyə hazırıq

“Bu gün Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrilib. Tədbirin Şuşada keçirilməsi çox önəmlidir. Artıq ikinci ildir ki, Şuşada beynəlxalq forum keçirilir. Beynəlxalq media nümayəndələri Azərbaycana gəlir. Şuşada bu tədbirə qatılırlar və Prezidentin mesajlarını da buradan alırlar. Təbii ki, beynəlxalq forumun azad ərazidə, azad Şuşada keçirilməsinin də bəlli çalarları var. Yəni öz rəmzi mənası var. Bu o deməkdir ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğun, daha dəqiq çatdırılması baxımından da biz bunu müsbət dəyərləndirə bilərik”.

Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov bildirib.

ceyhun.jpg (76 KB)

O vurğulayıb ki, forumda çıxışı zamanı Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunub:

“Bu gün Cənubi Qafqaz yeni bir reallığa daxil olub. Bu reallığı Prezidentin rəhbərliyi ilə Azərbaycan yaradıb. Əslində bir çox Qərb dövlətlərinin əsas hədəfi və məqsədi bu torpaqların davamlı olaraq işğalda qalmasıdır. Ona görə bizə hər zaman deyirdilər ki, “siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız”. Ancaq biz bu deyilənlərə məhəl qoymadıq, həm müharibə meydanında bu döyüşü apardıq, həm də informasiya müharibəsində qalib gəldik. Bu gün Qafqazda yeni bir reallıq yaranıb, çoxlarının arzusu ürəyində qalıb. Onlar Ermənistanın gücləndirilməsi üçün, daim qələbəsinin təmin olunması üçün addımlar atırdılar. Azərbaycan onların bütün cəhdlərinin qarşısını alaraq Cənubi Qafqazda yeni reallığı yaratmağa nail oldu”.

Millət vəkili qeyd edib ki, bu gün Cənubi Qafqazın mərkəzi Azərbaycandır:

“Hər zaman cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın razılığı olmadan bölgədə heç bir addım atıla bilməz, heç bir plan həyata keçirilə bilməz. Bu gün bütün məsələlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Bu gün Azərbaycan qalib xalqdır. Bu gün Azərbaycan sülh istəyir. Azərbaycan sülhün şərtlərini beynəlxalq hüquqa diktə edir və bunun üçün səylə çalışır. Bir tərəfdə Azərbaycan var, “sözümüz imzamızdır” deyən cənab Prezidentimiz, digər tərəfdə isə yalançı, saxtakar Ermənistan. Cənab Prezident çox gözəl formada qeyd edib: Britaniyaya gedib görüşdən imtina edən, digər tərəfdən müxtəlif platformalardan, sülhdən və konstitusiyanın dəyişdirilməsindən dəm vuran Ermənistan bir daha özünü ifşa etdi. Bu, yeni bir mərhələdir və yeni bir mərhələyə biz hazırıq. Bu gün biz çox ciddi layihələr həyata keçiririk, biz qonşularımızla münasibətimizi inkişaf etdiririk”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR