İnsanlara hürriyət, millətlərə istiqlal!

"Survivor"un keçmiş qalibi Turabidən üzücü xəbər: Halallıq istədi


"Survivor"un keçmiş çempionu Turabi sosial media hesabında bir müddət əvvəl xəstəxanaya yerləşdirildiyini və müalicə aldığını deyərək hamıdan halallıq istəyib.

Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl paylaşdığı nalayiq davranışa görə tövbə etdiyini deyən Turabi "Kiminin ürəyini qırmışamsa, üzr istəyirəm” deyib.

"Əzrailə mesaj göndərdim: "Gəl məni al!”. O, "Gülüşün səni ala bilməyənlərin problemidir. Onlara rəğmən yaşa!", dedi. Sadəcə zarafat etdi. Mesajımı ciddiyə aldı. Daha güclü qayıdacağam inşallah. Hələlik sağ olun. Həmişə açıq şəkildə paylaşdığım və çılğın həyat sürdüyüm üçün bu mənim başıma gəldi. İndi tövbə edirəm. 2024-cü ilin sonuna qədər ailə quracam, uşaq sahibi olacam. Ömür qısadır. Kimin qəlbini qırmışamsa, məni bağışlasın".//AZXEBER.COM 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR