İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.

Musavat.com xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov öz sosial şəbəkə hesbında yazıb.

"Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İXM-də göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər", - ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR