İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada ölənlərin sayı mini keçdi - Əksəriyyəti yaxın məsafədən GÜLLƏLƏNİB

Suriyanın Latakiya və ətraflarında baş verən hadisələrdə ölənlərin sayı dəhşətli həddə çatıb.

Musavat.com xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi açıqlamaya görə, ölənlərin sayı mini keçib.

Ölənlərdən 700-dən çoxunun yaxın məsafədən güllələndiyi bildirilib.

Martın 6-da Suriyada devrilmiş Bəşər Əsəd rejiminin tərəfdarlarının Latakiyanın Ceble rayonunda həyata keçirdikləri hücumda azı 11 təhlükəsizlik işçisi həyatını itirib.

Suriye'de ölü sayısı katlanarak artıyor! Çoğu yakın mesafeden ateş edilerek öldürülmüş

Hücumdan sonra Suriya ordusu Latakiya və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və çoxlüləli reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib. Bölgədə devrilmiş rejim tərəfdarlarını ələ keçirmək üçün əməliyyata başlanıb.

Əməliyyatlar zamanı azı 50 təhlükəsizlik işçisi həyatını itirib, bəzi silahlı qrupların bölgədə çox sayda mülki vətəndaşı hədəfə aldığı xəbərləri və görüntüləri beynəlxalq mətbuatda və sosial mediada əksini tapıb.

Suriya prezidenti Əhməd əl-Şəraa da devrilmiş rejim tərəfdarlarının 6 mart hücumunda özlərini sınamağa çalışdıqlarını, birlik və həmrəylik mesajı verdiyini, ölkəni yenidən qurmaq istədiklərini bildirib.

Suriye'de ölü sayısı katlanarak artıyor! Çoğu yakın mesafeden ateş edilerek öldürülmüş

Əhməd əl-Şəraa bölgədəki təhlükəsizlik qüvvələrinin devrilmiş rejim tərəfdarlarına qarşı sürətli müdaxilə və performanslarına görə təbrik edib.

Türkiyə Xarici işlər naziri Hakan Fidan da İordaniyada keçirilən Beştərəfli Təhlükəsizlik Sammitində Suriyanın Latakiya şəhərində baş verənlərlə bağlı açıqlama verib.

"Suriya hökumətinin həftələrdir heç bir təxribat olmadan davam etdirdiyi siyasəti təxribatla pozmağa çalışırlar. Bunu açıq şəkildə görürük",-deyə H.Fidan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR