Onlayn ictimai-siyasi qəzet
Suriyada hökumətin nağd vəsaitin çıxarılmasına tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkə vətəndaşları kəskin nağd pul çatışmazlığı ilə üzləşiblər.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın “France 24” telekanalı məlumat yayıb.
“Likvidlik (nağd pul) böhranı hakimiyyəti nağd pulların çıxarılmasını sərt şəkildə məhdudlaşdırmağa vadar edib, nəticədə əhalinin böyük əksəriyyəti gündəlik tələbatını qarşılamaqda çətinlik çəkir”, – deyə telekanalın reportajında qeyd olunur.
Bildirilir ki, Suriyada banklardan gündəlik nağd pul çıxarışı məhdudlaşdırılıb, bəzi hallarda isə tamamilə dayandırılıb. Bu addım vətəndaşların ərzaq, dərman və digər zəruri ehtiyaclarını təmin etməsini son dərəcə çətinləşdirib.
Həmçinin bildirilir ki, keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə fəaliyyəti qadağan olunmuş valyutadəyişmə məntəqələrinin bəzi sahibləri Suriya funtu ilə dövriyyəni bilərəkdən məhdudlaşdırıblar. Bu isə valyuta bazarında sürətli və qeyri-sabit dəyişikliklərə səbəb olub.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ