İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada Əsəd tərəfdarlarının üsyanı davam edir: ermənilər də işin içində: VİDEO

Musavat.com -un xəbər verdiyi kimi, Suriyada siyasi və hərbi vəziyyət yenidən gərginləşib. Ölkənin sahil vilayətləri olan Tartus və Laziqiyədə silahlı toqquşmalar qeydə alınıb. Keçmiş prezident Bəşər Əsədin tərəfdarları yeni hökumətə qarşı çıxaraq silahlı müqavimət göstərirlər.

Al Jazeera-nın məlumatına görə, üsyançılar arasında polkovnik Suxayl əl-Həsənin tərəfdarları da var. Onlar Laziqiyə ətrafında pusqular quraraq yeni hökumətə tabe olan təhlükəsizlik qüvvələrinə hücum ediblər. Son məlumata görə, toqquşmalarda ölənlərin sayı 15-ə çatıb.

Bölgədə baş verən silahlı qarşıdurma fonunda, ermənilərin yaşadığı Kəsəb qəsəbəsində hələlik sakitlik hökm sürür. Bu barədə yerli erməni mətbu orqanı “Zartonk”-un baş redaktoru Sevak Akopyan SputnikARM-a bildirib.

Lakin Laziqiyə şəhərinə girişdə atışmalar zamanı iki erməni - ata və oğul, Antuan və Fati Putros həlak olub. Hadisə bölgədəki erməni icması arasında ciddi narahatlıq yaradıb.

Mütəxəssislər bildirir ki, Suriyada Əsəd tərəfdarlarının yeni hökumətə qarşı üsyanı daha genişmiqyaslı silahlı qarşıdurmaya çevrilə bilər. Xüsusilə alevilər və hökumət qüvvələri arasında baş verən toqquşmaların dərinləşməsi ehtimal olunur

Musavat.com mövzuya dair videoları təqdim edir. 

@@TVmusavat/110188@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR