İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya hökumətindən ŞOK ADDIM - Rus hərbi konvoyu Tartusa BURAXILMADI

Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib.

Musavat.com xəbər verir ki, bu gün səhər Latakiya əyalətindəki Hmeymim aviabazasından yola düşən 30 nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı Suriyanın yeni hökumətinə sadiq əsgərlər tərəfindən Tartusdakı nəzarət-buraxılış məntəqəsində dayandırılıb.

Saxlanılan konvoy təxminən səkkiz saatlıq gözləmədən sonra, yerli vaxtla saat 17:00-da Hmeymim bazasına geri qayıtmağa məcbur olub.

Hadisə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf əbu Kasranın Rusiya bazalarının qorunub saxlanmasının onların Suriyaya faydalarından asılı olacağı ilə bağlı son açıqlamaları fonunda baş verib: “Əgər bundan Suriya üçün fayda əldə etsək, bəli”.

Qeyd edək ki, Rusiya hərbçiləri Bəşər Əsəd rejimi ilə razılaşma əsasında 2015-ci ilin avqust ayından etibarən Hmeymim bazasından istifadə edir. Müxalifətin 27 dekabr 2024-cü il tarixli əməliyyatından sonra Rusiya Suriyadakı hərbi varlığını Latakiyadakı Hmeymim aviabazasında cəmləşdirib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov rus hərbi bazalarının gələcəyi ilə bağlı məsələnin əlavə müzakirələrə ehtiyac duyduğunu bildirib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Suriya hökuməti ilə bütün məsələlər, o cümlədən hərbi bazaların statusu barədə dialoqu davam etdirmə niyyətini təsdiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR