İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıdakı intiharla bağlı YENİ DETALLAR 

Laçın rayonunun Ağcakənd sakini İntiqam Binnət oğlu Zamanovun intiharı ilə bağlı cinayət işi dalana dirənib.

Mərhumun qohumu Tofiq Allahverdiyev Musavat.com-a bildirib ki, İntiqam Zamanovun intiharından 6 ay ötsə də, bu işdə təqsiri olanlar cəzalandırılmayıb.

İntiqam Zamanovun qohumları hadisədə mərhumun ailə üzvlərini günahkar bilir. Bir müddət əvvəl onun yaxın qohumları Ziyyədin və Etibar Gülməmmədovlar bildirmişdi ki, İntiqam Zamanov övladları və xanımı tərəfindən evdən qovulub. Bundan sonra ev satılıb. O, bu məsələ ilə əlaqədar “Space” telekanalında aparıcı Amil Xəlilin “Gəl danış” verilişinə çıxıb. Verilişdən sonra isə bacısı Diləfruz İsmayılovaya zəng vuraraq, haqsızlığa dözə bilmədiyini deyib və telefonunu söndürüb.

“28 fevral 2023-cü il tarixdə isə intihar edib. Onun evindən tapılan məktubda intiharının səbəbi kimi övladları və xanımının ona qarşı etdiyi əməlləri göstərib”, - deyə Gülməmmədovlar bildirib.

Tofiq Allahverdiyev bildirib ki, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb: “Lakin hələ ki, nəticə yoxdur. Bununla bağlı Baş prokurora müraciət etmək, həmçinin onun qəbulunda olmaq istəyirik. Bilirik ki, istintaqın gedişinə İntiqam Zamanovun ailə üzvləri mane olur. Onlar bu işin açılmasında maraqlı deyillər. Çünki özlərinin təqsiri var”.

Tofiq Allahverdiyev həmçinin qeyd edib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR