İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib

İyulun 22-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. İcra hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 58-dən çox vətəndaş müraciətini dinləyib.

Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərlə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR