İnsanlara hürriyət, millətlərə istiqlal!

Süpürgə sapında 612 kq həşiş – Əfqanıstanda narkotik maddə istehsalı davam edir

Özbəkistanın Surxandərya vilayətindəki “Ayrit” keçid məntəqəsində 16,5 milyon dollar dəyərində olan 612 kq həşiş saxlanılıb. Narkotik maddə süpürgələrin tutacaqlarında gizlədilib və Əfqanıstandan tranzit yolu ilə Özbəkistana keçirilməsinə cəhd edilib.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, Özbəkistanın Gömrük Komitəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları fevralın 9-da külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi ilə bağlı növbəti cəhdin qarşısını alıblar.

Bildirilir ki, narkotik maddənin gizlədildiyi süpürgələr respublika ərazisindən tranzit keçən yük avtomobilində olub. Baxış zamanı onların diqqətini avtomobilə yüklənmiş 13,5 ton süpürgə cəlb edib.

Bundan sonra avtomobil “Ayrit” postuna bitişik Termez postunun gömrük anbarına təhvil verilib və yük tam gömrük baxışından keçirilib.

IvEDLc17391720361027_b.jpg (113 KB)

İdarədən verilən məlumata görə, yük maşınında 180 kisəyə yığılmış 22,5 min ədəd məişət süpürgəsi olub. Yoxlama zamanı məlum olub ki, 2986 ədəd süpürgənin tutacaqlarının içərisində süpürgənin rənginə uyğun sarı lentlə bükülmüş, uzunluğu təqribən 25 sm olan plastik bağlamalar ustalıqla gizlədilib.

Bağlamalar hal şahidlərinin iştirakı ilə açıldıqda onların hər birindən orta hesabla 200 qram ağırlığında “tünd qəhvəyi rəngli, kəskin iyi olan maddə” aşkar edilib. Ekspress analizlər onun həşiş olduğunu göstərib. Qadağan olunmuş maddənin ümumi çəkisi 612 kq olub. İlkin hesablamalara görə, belə bir partiyanın qara bazarda qiyməti 16,5 milyon dolları ötür.

Faktla bağlı ibtidai istintaq tədbirləri davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR