Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən 28 yaşlı N.Nuriyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı R.Kərimov müəyyən edilərək axlanılıblar.
Onlardan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ