Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.
Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Yarışda iştirak edən və 2002-ci il təvəllüdü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ