Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb.
***
Sumqayıtda yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda tikilidə yanğın başlayıb.
Hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.//Report
@@TVmusavat/109902@@
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ