Onlayn ictimai-siyasi qəzet
Qarabağdan olan Rusiya sülhməramlıları Ermənistanın Qoris və Sisian şəhərlərində müvəqqəti dislokasiya məntəqələrinə onların bağlanması ilə bağlı işlərin təşkili üçün gəliblər.
Musavat.com "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Sosial şəbəkələrdə sülhməramlılardan ibarət karvanın Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin başladığı Həkəri körpüsündən keçərək Ermənistan ərazisinə gəlməsi ilə bağlı video yayılıb.
Qriqoryan əlavə edib ki, qoşunlar Qarabağı tərk etdiyi üçün "onlar təbii olaraq Ermənistan Respublikasının ərazisində də qala bilməzlər".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ